Ermənilər Rusiya səfirliyi qarşısında aksiya keçirir

  15 Noyabr 2019    Oxunub : 843
 Ermənilər Rusiya səfirliyi qarşısında aksiya keçirir
Rusiyanın Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilir.
Azvision.az erməni mətbuatına istinadla xəbər verir ki, bir qrup şəxs Armavirdə nasist cəlladı Qareqin Njdenin xatirə lövhəsinin qara rəngə boyanmasına etiraz edirlər.

Aksiyanın təşəbbüskarlarından biri radikal siyasi partiya “Sasna Tsrer”dir.

Eyni zamanda Armavirdə yaşayan ermənilər Njdenin xatirə lövhəsini boyayan millət vəkili Aleksey Vinoqradovu hədələyiblər və ona qarşı cinayət işinin açılmasını tələb ediblər.

Qeyd edək ki, Armavirdə faşist cəlladı Njdenin abidəsinin olması ciddi narazılıqlar yaradıb. Həmin xatirə lövhəsinin sökülməsi üçün Krosnadar şəhər şurasının deputatları, ictimai fəallar dəfələrlə hüquq mühafizə orqanlarına müraciət ediblər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Ermənistan