“Müdafiə xərclərinin artmasına görə bizi tənqid edirlər” - Komitə sədri
Komitə sədri bildirib ki, bu sahəyə bundan sonra da diqqət yönəldiləcək: "Artıq Azərbaycanın çox güclü müdafiə potensialı var. Bu, bölgədə ən güclü potensialdır və biz bunu daha da artırmalıyıq. 2020-ci ilin büdcəsi bu tələblərə cavab verir. Azərbaycan özünün həm müdafiə qabiliyyətini gücləndirməsi, həm özünün iqtisadi təhlükəsizliyini, həm də ölkənin iqtisadi gücünün artması və bu əsasla əhalinin keyfiyyətli yaşayış səviyyəsini yüksəltmək istiqamətində daha cəsarətli addımlar atmaq imkanına malik olmalıdır”.
Z.Səmədzadənin sözlərinə görə, bəzən xarici ekspertlər irad tuturlar ki, siz büdcə xərclərini artırırsız: “Bizim məqsədimiz orta müddətdə inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır”.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: