“Vaqif yaradıcılıqla məşğul olacaq gücdə deyil” - Şairin xanımı

  08 Noyabr 2019    Oxunub : 1558
 “Vaqif yaradıcılıqla məşğul olacaq gücdə deyil” - Şairin xanımı
“Vaqifin səhhətinin düzəlməsini gözləyirik. Vəziyyəti yaxşılaşandan sonra yeni kitabının təqdimatını keçirəcəyik”

Bunu Azvision.az -a açıqlamasında tanınmış şair Vaqif Bayatlı Odərin xanımı Tamam Bayatlı deyib. Onun sözlərinə görə, şairin ürək ağrıları azalıb, hazırda dərmanlar qəbul edir.
“Bilirsiniz ki, ürəyinə 3 stend qoyulub. Dərmanlar yazıblar, 6 aydan sonra yenidən yoxlanılacaq. İndi yavaş-yavaş özünə gəlir. Ürək ağrıları azalıb. Amma tam sağalıb desək düzgün olmaz. Küçəyə çıxıb sərbəst gəzə bilməz. Ümid edirik ki, tədricən özünə gələcək. Ondan sonra çölə çıxar, insanlarla, jurnalistlərlə görüşər, əvvəlki həyatına qayıdar”.

T. Bayatlı qeyd edib ki, həyat yoldaşının yeni kitabının təqdimatını şairin səhhəti düzəldikdən sonra edəcəklər.

“Vaqif yaradıcılıqla məşğul olacaq gücdə deyil. Türkiyəyə gedənə qədər yeni kitabını təhvil vermişdi. Həmin kitab artıq çapdan çıxıb. Gözləyirik ki, bir az özünə gəlsin, təqdimatını keçirək. Kitabın çap olunması ona ruh yüksəkliyi verib. Bir nüsxəsinə baxıb, çox sevindi”.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Vaqif-Bayatlı   Şair   Əməliyyat