Avtobus qəzasında xəsarət alan 8 nəfər evə buraxılıb
“Ümumilikdə, 8 nəfər hospilitizasiya olunub. Onlardan 4-ü kişi, 4-ü qadındır. 1 qadın burun sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə, digər 7 nəfər 3 saylı şəhər xəstəxanasına çatdırılıb. 3 saylı şəhər xəstəxanasının baş həkiminin verdiyi məlumata görə, qəza ilə əlaqədar xəstəxanaya çatdırılanlara lazımı tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıblar. Kliniki Tibbi Mərkəzə çatdırılan 21 yaşlı qız da göstərilən tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb”, - deyə məlumatda qeyd olunub.
Azvision.az
Teqlər: Avtobus Qəza Bakı Xəstəxana