Məşhur fransız aktrisa vəfat edib

  03 Noyabr 2019    Oxunub : 585
Məşhur fransız aktrisa vəfat edib
Məşhur fransız akrisa və müğənni Mari Lafore vəfat edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bir ay öncə 80 yaşını qeyd edən Lafore İsveçrədə dünyasını dəyişib.

Qeyd edək ki, əsl adı Maytena Mari Bricitt Dumenakl olan, lakin Mari Lafore adı ilə məşhurlaşan sənətçi 1939-cu ildə Fransada anadan olub. O, ilk dəfə 19 yaşında Fransa televiziya kanallarından birində səhnəyə çıxıb.

1963-cü ildə oxuduğu “Les vendanges de l amour” mahnısı ona populyarlıq qazandırıb. O, aktrisa kimi onlarla film və serialda rol alıb. Alen Delon və Jan-Pol Belmondo ilə əməkdaşlıq edib.

Mari Lafore 1978-ci ildə İsveçrəyə köçüb və orada yaşayıb.

Azvision.az

Teqlər: Aktrisa   Müğənni   Fransa