Hellouin şənliyi faciə ilə bitdi - 4 nəfər öldü

  01 Noyabr 2019    Oxunub : 1163
Hellouin şənliyi faciə ilə bitdi - 4 nəfər öldü
ABŞ-ın Kaliforniya ştatında Hellouin şənliyi zamanı silahlı insident baş verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Orinda şəhərində naməlum şəxs şənlik üçün insanların toplaşdığı məkana silahdan atəş açıb. Nəticədə 4 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Əraziyə cəlb olunan polis əməkdaşları cinayətkarın axtarışına başlayıb.

Azvision.az

Teqlər: ABŞ