ÜST: Azərbaycanda ana ölümü göstəricisi yüksəkdir

    ÜST: Azərbaycanda ana ölümü göstəricisi yüksəkdir
  30 Oktyabr 2019    Oxunub:2061
Azərbaycanda körpələrin ilk 6 ayda ana südü ilə qidalandırılma göstəricisi 12-14 faizdir. Bu, olduqca aşağı rəqəmdir və bununla bağlı ciddi tədbirlər görülməlidir.

Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, körpələrin ana südü ilə qidalandırılması faizinin artmasına yönəlik addımlar atılmalıdır.

"Azərbaycan iqtisadi inkişaf baxımdan orta və yüksək səviyyəli ölkələr sırasındadır. Bu ölkələrdə körpə ölümləri hər 1000 diri doğulana 9-10 əmsalındadır, amma Azərbaycanda bu göstərici 19-dur".

H.Harmancı qeyd edib ki, Azərbaycanda ana ölümləri iqtisadi inkişaf səviyyəsi eyni olan ölkələrlə müqayisədə yuxarıdır: "Əgər bir ana doğuş zamanı qarşısı alına bilinən qanaxmadan ölürsə, bu, ciddi problemdir. Hər bir ölkədə, o cümlədən Azərbaycanda da ana ölümlərini araşdıran qurumlar var. Lakin vəziyyəti yaxşılaşdırmaq üçün daha çox işlər görülməlidir".

Aytən Zəhra
Azvision.az


Teqlər: ÜST  





Xəbər lenti