Qarlı Bakıda 2 nəfər xəsarət aldı - Baş həkim

Qarlı Bakıda 2 nəfər xəsarət aldı - Baş həkim
  12 Dekabr 2013    Oxunub:1134
Bakıda qarın yaratdığı fəsadlarla bağlı 2 nəfər təcili yardıma müraciət edib.
Bunu AzVision.az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova bildirib.

Onun sözlərinə görə, baş verən hadisələrlə bağlı təcili yarım briqadası göndərilib:

“Onların xəsarətləri yüngül olduğundan xəstəxanaya yerləşdirilməyiblər, yerindəcə yardım etmişik. Hər ikisinin qolu əzilib. Qarın yağmasına baxmayaraq, müraciətlər əvvəlki günlərdə olduğu kimidir. Müraciətlərin sayında elə bir artım yoxdur”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti