Toivo Klaarın Bakıya səfərinin vaxtı bilindi

  22 Oktyabr 2019    Oxunub : 2263
Toivo Klaarın Bakıya səfərinin vaxtı bilindi
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycana səfərinin tarixi açıqlanıb.
Azvision.az -ın əldə etdiyi məlumata görə, xüsusi nümayəndənin Bakı səfəri oktyabrın 30-da baş tutacaq.

O, Avropa İttifaqı-Azərbaycan əlaqələri və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanma prosesi ilə bağlı ölkə rəhbərliyi ilə məsləhətləşmələr aparacaq

Xatırladaq ki, Aİ nümayəndəsinin Bakıya sonuncu səfəri cari ilin iyun ayında olub. Oktybarın əvvəlində isə Klaar Ermənistana səfər edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər:   Səfər