Daha bir Prezidentin Bakıya gələcəyi təsdiqləndi

  21 Oktyabr 2019    Oxunub : 1153
 Daha bir Prezidentin Bakıya gələcəyi təsdiqləndi
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana səfər edəcək.

Bu barədə Azvision.az -a Əfqanıstanın Bakıdakı səfirliyindən məlumat verilib. Bildirilib ki, Prezident Qani oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının 18-ci sammitində iştirak edəcək.
Qeyd edək ki, daha əvvəl Əfqanıstanın XİN rəhbərinin Bakıya səfəri nəzərdə tutulmuşdu, amma nazir nümayəndə heyətinin tərkibində olmayacaq.

P.Sultanova
Azvision.az

Teqlər: Əfqanıstan