Yanukoviç 24 saata böhranı həll edəcəyini deyib

Yanukoviç 24 saata böhranı həll edəcəyini deyib
  11 Dekabr 2013    Oxunub:1263
Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton prezident Viktor Yanukoviçin ölkədəki böhranlı vəziyyəti 24 saat ərzində həll edəcəyi barədə ona vəd verdiyini söyləyib.

AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, Eşton deyib: “Prezidenti dediklərindən mən bu qənaətə gəldim. O, Avropa Birliyi ilə Ukrayna arasında daim güclü əlaqələrin olmasını istəməsindən o qədər çox danışdı ki”.

AB rəsmisi yuxarıdakı açıqlamanı “dinc etirazçılara qarşı antidemokratik hərəkətlər olarsa, qurum Ukrayna rəhbərliyinə qarşı sanksiyalar tətbiq edəcəkmi” sualına cavabında verib.


Teqlər:  





Xəbər lenti