“Məşğulluq üçün təhsil” layihəsi müzakirə edilib

“Məşğulluq üçün təhsil” layihəsi müzakirə edilib
  19 Oktyabr 2019    Oxunub:1539
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Simona Gatti, Avropa Təlim Fondunun Peşə təlimi və təhsili siyasətləri və sistemləri üzrə baş mütəxəssisi, Azərbaycan üzrə ölkə koordinatoru Margareta Nikolovska, Maria Rosenstock ilə görüş olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə birgə iş müstəvisində hazırlanmaqda olan yeni “Məşğulluq üçün təhsil” layihəsinin əhəmiyyəti vurğulanıb, layihə və onun tərkib hissələrinə dair müzakirələr aparılıb. Həmçinin ölkədə əmək bazarının mövcud vəziyyətindən, peşə hazırlığı sisteminin inkişaf istiqamətlərindən bəhs olunub.

Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması yönündə aparılan işlər diqqətə çatdırılıb. Xidmət tərəfindən işaxtaran və işsiz şəxslər üçün peşə hazırlığı kurslarının, peşəyönümü tədbirlərin təşkil edilməsi işlərinin təkmilləşdirilməsi ilə bağlı məsələlər də əsas müzakirə mövzusu olub.

Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti