Bakı polisindən mitinqlə bağlı son xəbərdarlıq - VİDEO

Bakı polisindən mitinqlə bağlı son xəbərdarlıq -    VİDEO
  18 Oktyabr 2019    Oxunub:18956
"Polis şəhərdə qanunsuz aksiyanın keçirilməsinə imkan verməyəcək"
Azvision.az xəbər verir ki, bunu Bakı Şəhər BPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurullah Məmmədxanlı deyib.

N.Məmmədxanlı bildirib: "Öncə onu qeyd edim ki, Bakı Şəhər İcra Hakimiyyətinin razılığına əsasən, Bakı şəhərinin ərazisində - Qaradağ rayonunda mitinqin keçirilməsi üçün münasib yer ayrılmışdır. Buna əsasən təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunmuş və şəhər Prokurorluğu ilə birgə müvafiq qanunun tələbləri onlara izah olunmuş, xəbərdarlıq olunmuşdur. Metropolitenin mühafizə zonasına daxil olan ərazilərdə heç bir toplantının keçirilməsinə icazə verilmir. Qanunla bu qadağandır. Həmin ərazilərdə qanunsuz aksiyanın keçirilməsi üçün insanlara müraciət edirlər. Polis digər hüquq mühafizə orqanları ilə birgə çox qətiyyətli tədbir görəcək və həmişə olduğu kimi şəhərin ərazisində heç bir qanunsuz aksiyanın keçirilməsinə imkan verilməyəcək".



Azvision.az




Teqlər: Mitinq   Polis   Xəbərdarlıq  





Xəbər lenti