Deputatları MSK-da Rövzət Qasımov təmsil edəcək
Milli Məclisin müstəqil deputatlarının yığıncağına sədrlik edən parlament sədrinin müavini Valeh Ələsgərovun adından spiker Oqtay Əsədova ünvanlanan müraciətdə bildirilib ki, Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq, Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil edəcək Rövzət Qasımovun namizədliyi parlamentin müzakirəsinə təqdim olunur.
Qeyd edək ki, R.Qasımov MSK Katibliyinin müdiridir.
Azvision.az
Teqlər: MSK