"Qırmızı Körpü"dən partlayıcı maddə keçirmək cəhdi alınmadı

  18 Oktyabr 2019    Oxunub : 643
"Qırmızı Körpü"dən partlayıcı maddə keçirmək cəhdi alınmadı
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "VAZ-21013" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.



Lakin gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində 15 ədəd sellofanda, ümumilikdə 3 kiloqram partlayıcı maddə - barıt aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Gömrük   Barıt   DGK