ABŞ Suriyadakı koalisiyanın silah-sursat anbarını məhv edib

  17 Oktyabr 2019    Oxunub : 894
 ABŞ Suriyadakı koalisiyanın silah-sursat anbarını məhv edib
ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada geriçəkilmə zamanı silah-sursat anbarını məhv edib.

Azvision.az xəbər verir ki, bu barədə koalisiya sözçüsü polkovnik Miles Keqqins “Twitter” səhifəsində məlumat yayıb.
"Oktyabrın 16-da bütün personal və taktiki avadanlıqlar yola salındıqdan sonra koalisiyanın iki F-15 təyyarəsi “Lafarge” sement zavodunda döyüş-sursat anbarını məhv etmək və obyektin hərbi istifadəyə yararlılığını azaltmaq üçün əvvəlcədən planlaşdırılan uğurlu hava zərbəsi həyata keçirib”, - məlumatda vurğulanıb.

Bundan əvvəl Keqqins koalisiya qüvvələrinin çərşənbə günü Suriyanın şimal-şərqindəki Raqqa və Tabka şəhərlərini tərk etdiyini söyləyib.

P.Sultanova
Azvision.az

Teqlər: Suriya   ABŞ