Paşinyan Klaarla Qarabağı müzakirə edib

 Paşinyan Klaarla Qarabağı müzakirə edib
  17 Oktyabr 2019    Oxunub:2240
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusu nümayəndəsi Toivo Klaarla görüşüb.
Azvision.az “aysor.am”-a istinadən xəbər verir ki, görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər.

Paşinyan Ermənistanın münaqişənin yalnız sülh yolu ilə həllinin tərəfdarı olduğunu və ATƏT-in Minsk qrupu formatı çərçivəsində tənzimlənməyə sadiq qaldıqlarını bəyan edib.

Görüşdə, həmçinin Ermənistan-Aİ əməkdaşlığı müzakirə edilib. Klaar bəyan edib ki, Aİ Ermənistan hakimiyyətinə demokratiyanın möhkəmləndirilməsinə yönəlmiş islahatlarda kömək etməyə hazırdır.

P.Sultanova
Azvision.az


Teqlər: Paşinyan   Qarabağ    





Xəbər lenti