Oğurluq edən 4 nəfər tutuldu

Oğurluq edən 4 nəfər tutuldu
  15 Oktyabr 2019    Oxunub:4885
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 30-da rayon ərazisindəki evlərin birindən 3200 manat və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Q.İsayev və N.Bağıyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 12-də rayon ərazisindəki kafelərin birindən 1881 manat və 400 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.İbrahimov saxlanılıb.

Bundan başqa? Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-də rayon ərazisindəki evlərin birindən 1198 manat oğurlamaqda şübhəli bilinən Səbətlər kənd sakini T.Qədirov saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti