Kənd qadınlarının dəstəyində “ABAD”ın rolu

Kənd qadınlarının dəstəyində “ABAD”ın rolu
  15 Oktyabr 2019    Oxunub:1671
Bu gün Beynəlxalq Kənd Qadınları Günü kimi qeyd olunur. Dünyada hər 4 nəfərdən 3-ü kənd yerlərində yaşayır və onlardan dörddə birindən çoxunu isə kəndlərdə yaşayan qadınlar təşkil edir.
ABAD-dan Azvision.az -a verilən məlumata görə, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, kənd qadınlarının istehsal resurslarından kişilər kimi bərabər istifadə imkanları olsa, yüz milyondan artıq insan yoxsulluqdan qurtara bilər. Belə olan təqdirdə qadınların işlədikləri fermalarda məhsuldarlıq 30 faiz artacaq, aclıqdan əziyyət çəkən insanların sayı 17 faiz azalacaq. Bu isə 150 milyon insan deməkdir.

Azərbaycanda kənd işçilərinin problemləri həll olunması üçün bir çox mühüm addımlar atılır. "Bu addımlardan biri “ABAD” publik hüquqi şəxsin də yaradılmasıdır. “ABAD” öz sahəsində qadınlara kənd təsərrüfatı resurslarından istifadə edərək öz növbəsində mikro, kiçik və orta biznesin inkişafına hərtərəfli dəstək verir.

Üç il ərzində “ABAD” kənd təsərrüfatında (qida məhsullarının istehsalı) iştirak edən 70 ailənin mini istehsalını açdı, qida məhsulları “ABAD” mağazalarında satışa çıxardı, hər ayın sonunda satışdan əldə olunan məbləğ onların şəxsi hesablarına mədaxil olunur. Bununla bir çox ailənin məşğulluq səviyyəsinin artımına nail olunub. Bu ailələrdən 6-nın biznesini ümumiyyətlə tək qadınlar aparır.

Kənd təsərrüfatının inkişafı üçün, gənc qızların doğma yurdlarını tərk etməmələri, onların inkişafı ilə məşğul olmaq, avadanlıqlarla təchiz edib modernləşdirmək, kənd sakinlərinin yaşayış və iş şəraitini yaxşılaşdırmaq lazımdır".

Azvision.az



Teqlər: ABAD  





Xəbər lenti