Cərrahi əməliyyat olunan qadınların sayı 2 dəfə artıb

 Cərrahi əməliyyat olunan qadınların sayı 2 dəfə artıb
  15 Oktyabr 2019    Oxunub:1568
2018-ci ildə kişilərlə müqayisədə qadınlar arasında cərrahi müdaxilələrin sayı 2,1 dəfə çox olub.
Azvision.az xəbər verir ki, bu barədə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin hazırladığı hesabatda qeyd edilib.

Hesabatda bildirilir ki, cərrahi əməliyyatlarda həzm sistemi xəstəlikləri üzrə cərrahi əməliyyatlar 29,3 faiz, göz xəstəlikləri üzrə cərrahi əməliyyatlar 13,4 faiz, sidik-cinsiyyət sisteminin xəstəlikləri üzrə cərrahi əməliyyatlar 13,1 faiz və yeni törəmələri sinifləri üzrə üzrə cərrahi əməliyyatlar 11,1 faiz qeydə alınıb.

Hesabata əsasən, cərrahi əməliyyatların 38 faizi mərkəzi rayon xəstəxanalarında, 24 faizi Bakı şəhəri xəstəxanalarında, 19 faizi bazaya dazil olan özəl klinikalarda, 16 faizi doğum evlərində qeydə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Əməliyyat   Cərrah  





Xəbər lenti