“Məktəblilər psixotrop dərmanlardan istifadə edir” - Direktor

 “Məktəblilər psixotrop dərmanlardan istifadə edir” -  Direktor
  15 Oktyabr 2019    Oxunub:2709
Narkoloji Dispanserdə 32 min nəfər qeydiyyatdadır. Qeyri-rəsmi rəqəmlər isə dəfələrlə çoxdur.

Azvision.az xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzin direktoru Araz Manuçəri jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, dispanserdə 300 qadın və 50 nəfərə yaxın yeniyetmə qeydiyyata alınıb.
A.Manuçeri bildirib ki, narkotik istifadəçilərinin əsasən 50 faizi heroin, sintetik heroin (kakos), tiryəkdən istifadə edir.
"Son illərdə opioidlərdən istifadə edənlərin ümumi faizi azalıb. Anfetamin və metamfetamin istifadəçilərinin sayı çoxalmağa başlayıb. Narkotik istifadəçiləri iynələrdən çox dərman atmağa üstünlük verirlər. Son illərdə narkotikin təsiri ilə kobud psixi halların sayı artıb. Bunu da səbəbi sintetik narkotik maddələrin istifadə edilməsidir".

Mərkəz direktorunun sözlərinə görə, bəzi məktəblərdə uşaqlar psixotrop dərmanlardan istifadə edirlər. "Psixotrop dərmanlar apteklərdə 3 möhürlü respetlə xüsusi xəstələrə satılır. Amma müxtəlif səbəblərdən həmin dərmanlar "qara bazar"a çıxarılıb. Məktəblərdə bu tipli psixotrop dərmanlardan istifadə edirlər. "Qara bazar"da haradansa gətirilib satılan metamfetamin dərman deyil, psixotrop maddədir. Bu dərmandan onkoloji, şəkər-diabet, epilepsiya və başqa ağır xəstəliklərdə istifadə edilir. Həmin dərmanı başqa məqsədlə istifadə edəndə narkotik təsirini göstərir".

Aytən Zəhra
Azvision.az


Teqlər: ArazManuçəri  





Xəbər lenti