Yer kürəsinin ən soyuq nöqtəsi kəşf edildi

Yer kürəsinin ən soyuq nöqtəsi kəşf edildi
  11 Dekabr 2013    Oxunub:17438
Elm adamları inkişaf etmiş peyk texnologiyası sayəsində mənfi rekord temperaturu müəyyənləşdiriblər

Dünyanın ən soyuq məntəqəsinin temperaturunun mənfi 93.2 dərəcə selsi olması kosmosdan peyk vasitəsilə müəyyən edilib. Təxmin ollunduğu kimi bu Antarktidanın mərkəzində yerləşən və təxminən 4 min metr yüksəkliyindəki Dome Fuji dağıdır. Burada havanın nisbətən "mülayim" keçdiyi zaman temperatur mənfi 91 dərəcə ətrafında qeydə alınıb. Buradakı soyuq hava bir neçə dəqiqə ərzində insanın gözlərini, burnunu, hətta ağciyərlərini belə dondura bilər. Odur ki, tədqiqatçı alimlər inkişaf etmiş peyk texnologiyası sayəsində temperaturu müəyyənləşdiriblər.
Bildiyimiz kimi əvvəlki rekord mənfi 89.2C aşağı temperatur da məhz Antarktida da qeydə alınmışdı.

Qeydə alınan yeni rekord Alyaska və Sibirdə olan mənfi temperaturdan 50 dərəcə, Qrenlandiyadan isə -30 dərəcə daha soyuqdur.

Professor Scambos Amerika Geofizika Birliyinin San Fransiskoda keçirilən yer kürəsi alimlərinin ən böyük illik elmi yığıncağında iştirak edərkən, məlumat verib ki, biz həmçinin peyk vasitəsilə Yer Kürəsində ən isti nöqtəni müəyən edə bilmişik.

Bir daha peyk vasitəsilə qeydə alınan dünyanın ən isti yeri İranın cənub-şərqində yerləşən Lut səhrasıdır. Səhrada havanın rekord göstəricisi 2005-ci ildə qeydə alınıb, müsbət 70,5 dərəcə. Uzunluğu 900 km olan bu səhrada hətta bakteriyaların yaşamasına şərait yoxdur. Səhrada havanın orta illik temperatur göstəricisi 49,6 dərəcə, yayda isə 58,3 dərəcə təşkil edir.
Xatırladaq ki, Yer planetinin yeganə təbii peyki Ayın mərkəzində temperatur minimum mənfi 238 dərəcədir.

S. Həsənova


Teqlər:  





Xəbər lenti