BVF Ukraynaya maliyyə vədi etdi

BVF Ukraynaya maliyyə vədi etdi
  11 Dekabr 2013    Oxunub:1168
Beynəlxalq Valyuta Fondunun (BVF) sədri Kristin Laqard Ukraynaya maliyyə köməyi etməyə hazır olduğunu bildirib. AzVision.az UNİAN-a istinadən xəbər verir ki, bununla belə, o, rəsmi Kiyevin bir sıra şərtləri yerinə yetirməli olduğunu, o sırada enerjidaşıyıcılarının qiymətlərinə baxılması və valyuta islahatlarını reallaşdırmalı olduğunu söyləyib.

Məlumata görə, Laqard “BVF nə vaxt Ukraynaya 15 milyard dollarlıq krediti ayıracaq” sualına cavab verərkən belə deyib. “Biz Ukraynaya kömək eləmək istəyirik, əgər Ukrayna bizə ehtiyac duyursa, əgər Ukrayna öz iqtisadiyyatının düzgün istiqamətdə inkişafına kömək eləmək istəyirsə”, - deyə BVF sədri bildirib.

Bu arada Kiyevdə Avropa Birliyi diplomatiyasının rəhbəri Ketrin Eşton və Ukrayna prezidenti Viktor Yanukoviç arasında görüş keçirilir. Bu barədə məlumatı öz Twitter səhifəsində Ketrin Eştonun rəsmi nümayəndəsi Maya Kosyançiç dərc edib.

“Eşton hazırda Ukrayna prezidenti Viktor Yanukoviçlə görüş keçirir”, deyə Kosyançiç bildirib.

Qeyd edək ki, Ketrin Eştonun bu gün Kiyevə ikigünlük səfəri başlayıb. Ukraynadakı vəziyyətin siyasi yolla nizamlanması səfərin əsas məqsədlərindən biridir.


Teqlər:





Xəbər lenti