Obama Mandela ilə vidalaşdı - Canlı Yayım

Obama Mandela ilə vidalaşdı - Canlı Yayım
  10 Dekabr 2013    Oxunub:1170
Bu dəqiqələrdə Cənubi Afrikanın Soveto şəhərciyində Nelson Mandelanın anım mərasimi keçirilir. MAndelaya vida mərasiminə 80 mindən çox insan gəlib. Onların arasında bir neçə ölkələrin prezidentləri, dövlət nümayəndələri iştirak edir edir.
İsrail prezidenti Şimon Peres, baş nazir Benyamin Netanyahu, Qabon prezidenti, Avropa Şurasının sədri Herman Van Rompey, Britaniyanın baş naziri Deyvid Kemerun, Braziliya prezidenti Dilma Rusef, Kanadanın baş naziri Stefan Harper və ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama, BMT-nin baş katibi Ban Ki Mun və başqaları Mandelanı yad edənlər arasındadır. Hazırda davam edən mərasimdə ABŞ prezidenti Barak Obama da çıxış edib.

“Mandela təkcə hərəkətləri ilə deyil , həm də ideyaları ilə örnək olan bir şəxsiyyət idi. O bir, hüquq məktəbi idi. O, heç nədən qorxmurdu. O, daim ayrıseçkiliklə mübarizə aparıb. O, bütün bəşəriyyətdə tayı bərabəri olmayan bir insan idi. O, deyirdi: “Əgər başqalarının sənə güvənməsini sən də güvən, başqalarından hörmət görmək istəyərsənsə sən də hörmət et...”-deyə Obama bildirib.



Bu saniyələrdə isə Braziliya prezidenti Dilma Rusefin Nelson Mandelanın Cənubi Afrika üçün göstərdiyi xidmətlərə həsr etdiyi çıxışı davam edir. AzVision.az Mandela ilə vida mərasimini canlı yayımla təqdim edir.

Qeyd edək ki, 2010-cu ildə Nelson Mandela öz sonuncu çıxışını bu stadionda Dünya Futbol Çempionatının bağlanış mərasimi zamanı etmişdi.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti