İranla nüvə anlaşması pozula bilər

İranla nüvə anlaşması pozula bilər
  10 Dekabr 2013    Oxunub:840
İran XİN rəhbəri: `ABŞ Konqresi yeni sanksiya tətbiq etsə, nüvə anlaşması darmadağın olacaq`
Azvision.az-ın İran mətbuatına istinadla verdiyi xəbərə görə, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın “Time” məcəlləsinə verdiyi müsahibədə belə deyib. O, konqresmenlərdən bəzilərinin yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı fikirlərinə işarə edərək, deyib ki, bu baş verərsə nüvə razılaşması pozulacaq.

“Biz təzyiq altında müzakirə etməyi xoşlamırıq. Əgər Konqres yeni sanksiyaları tətbiq etsə bu onların ciddi olmadığını göstərir. ABŞ daxilində ixtilaflar barədə xəbərdaram. Amma bu onlara bəraət qazandırmır. Mənim arxamda da parlament var. Əgər danışıqlar və razılaşmaya əməl edilməsə mənim parlamentim də yeni qərarlar qəbul edəcək. Biz də öz parlamentimizdən xahiş etmişik ki, əl saxlasınlar. Biz ciddiyik”- İran XİN rəhbəri deyib.

S. Həsənova


Teqlər:





Xəbər lenti