Keçmiş məhkum 3 evdən oğurluq edib

  02 Oktyabr 2019    Oxunub : 935
Keçmiş məhkum 3 evdən oğurluq edib
Kəpəz rayonu ərazisində silsilə oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 evdən, 2 avtomobildən məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb.

Azvision.az

Teqlər: DİN