Lerikin 5 kəndi qazsız qalıb

Lerikin 5 kəndi qazsız qalıb
  01 Oktyabr 2019    Oxunub:1678
Dünən gecə 23:10-da Lerik rayonunun Aşağı Anburdərə kəndi ərazisindən keçən 108 mm diametrində olan qaz xəttini texnika ilə zədələyiblər.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsində Azvision.az -a verilən məlumata görə, bu zaman xəttin üzərindəki siyirtmə də yararsız hala düşüb.

Baş verən hadisəyə görə rayonun Qosmalıyan kəndi yaxınlığından qaz təchizatı bağlanıb və ümumilikdə 5 kənddə (Aşağı Anburdərə, Məhləbad, Kələxan, Göydərə və Kəlvəz) 455 abonent qazsız qalıb. Bu gündən bərpa işlərinə başlanılacaq.


Azvision.az


Teqlər: Qaz  





Xəbər lenti