Bu yolda təmir işləri aparılacaq

Bu yolda təmir işləri aparılacaq
  01 Oktyabr 2019    Oxunub:1795
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda təmir işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Azvision.az -a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 1-5 oktyabr tarixlərində Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-120-ci km-lik hissəsində (hər iki istiqamət üzrə) təhlükəsizlik sədlərinin təmiri işləri ararılacaq.

"Bu üzdən sürücülərdən magistral yolun sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə AAYDA-dan bildirilib.

Azvision.az


Teqlər: AAYDA  





Xəbər lenti