Azərbaycanda yeni medal təsis edilib

Azərbaycanda yeni medal təsis edilib
  30 Sentyabr 2019    Oxunub:1658
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik olunub.
Azvision.az xəbər verir ki, dəyişikliyə əsasən, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) yubiley medalı təsis edilib.

Medal ilə elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın əməkdaşları, veteranları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcəklər.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Medal  





Xəbər lenti