İki qardaşın döydüyü şəxs xəstəxanada öldü

  30 Sentyabr 2019    Oxunub : 1169
 İki qardaşın döydüyü şəxs xəstəxanada öldü
Sentyabrın 28-də Bakı şəhər sakini Bağır Piriyevin xəsarətlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Xətai RPİ-nin 35-ci Polis Bölməsinə məlumat daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə B.Piriyevin həmin gün saat 11 radələrində nəzarətçi işlədiyi MMC-lərdən birinə məxsus bağda Bakı şəhər sakinləri R.Ağayev və qardaşı K.Ağayev tərəfindən münaqişə zəminində döyülməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən hər 2 şəxs saxlanılıblar. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN