Məhkum Eşqin Quliyevin ölüm səbəbi məlum oldu

  30 Sentyabr 2019    Oxunub : 2069
Məhkum Eşqin Quliyevin ölüm səbəbi məlum oldu
Gəncə hadisələrinə görə həbs edilmiş Eşqin Quliyevin ölüm səbəbi açıqlanıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Azvision.az -a bildirib ki, məhkum Quliyev Eşqin Zahid oğlu Müalicə Müəssisəsinə qəbul edilərkən onda bir sıra xəstəliklər aşkar edilib.
Qurum rəsmisinin sözlərinə görə, o, bir müddət idi ki, xəstəliklərdən müalicə alırdı: "Sentyabrın 29-da uzun müddətli intensiv müalicələrə baxmayaraq, E.Quliyev vəfat edib. Onun ölüm səbəbi kimi İİV infeksiyası 4-cü klinik mərhələ, viruslu Heptatit C, anemiya, dərin koma fonunda ağciyər-ürək çatışmazlığı diaqozu qoyulub”.

Qeyd edək ki, E.Quliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Məhkum   Vəfat   Gəncə