Azərbaycanın Əməkdar artisti vəfat edib

  29 Sentyabr 2019    Oxunub : 3488
 Azərbaycanın Əməkdar artisti vəfat edib
Azərbaycanın Əməkdar artisti, tanınmış dirijor Ziya Bağırov dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə sənət xadimləri sosial şəbəkədə məlumat yayıblar.

Qeyd edək ki, Ziya Bağırov musiqi məktəbini, 1957-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunu, 1962-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasının dirijorluq fakültəsini bitirib.

1962-1972-ci illərdə Bakı hərbi mahnı və rəqs ansamblında, 1972-1978-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, 1978-1998-ci illərdə filarmoniyanın F.Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblında dirijor işləyib. Bu müddətdə fəaliyyəti ilə bağlı bir çox xariсi ölkələrdə qastrol səfərlərində olub, Azərbaycan mədəniyyətini uğurla təmsil edib.

1968-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüş Ziya Bağırov 1999-cu ildən Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Aparıcı dirijor kimi repertuarda olan tamaşaların nümayişində qocaman musiqiçinin böyük əməyi var.

Azvision.az

Teqlər: Əməkdar-Artist   Ziya-Bağırov