Miqrasiya könüllüləri arasında seçim aparıldı
Vakant vəzifələrin tutulması üçün 60 gənc müraciət edib. Onlar liderlik qabiliyyəti, özünü təqdimetmə bacarığı, sosial aktivliyi, dünya görüşü və dil biliyi ilə fərqlənməyə çalışıblar. Seçim Miqrasiya Könüllüsü İctimai Birliyinin İdarə heyətinin üzvləri tərəfindən aparılıb.
Müsahibə mərhələsindən uğurla keçən namizədlər İctimai Birliyin idarə heyətində təmsil olunmaqla, yerli və beynəlxalq layihələrə qatılmaqla yanaşı təşkilatçi qismində də iştirak imkanı qazanacaqlar.
Azvision.az