Cəfər Behbudov xərçəngdən ölüb - Açıqlama

  Cəfər Behbudov xərçəngdən ölüb -    Açıqlama
  27 Sentyabr 2019    Oxunub:5732
Azərbaycanlı müğənni Cəfər Behbudovun ölüm səbəbi məlum olub.
Bununla bağlı Azvision.az -a mərhumun bacısı Firuzə Behbudova açıqlama verib. O, bildirib ki, Cəfər Behbudov xərçəng xəstəliyindən dünyasını dəyişib.

"Cəfər avqust ayından xərçəng xəstəliyinə qarşı mübarizə aparırdı. Həkimlərin səylərinə və müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı. Bu gün səhər saatlarında dünyasını dəyişdi".

Qeyd edək ki, ötən əsrin 80-ci illərində Azərbaycanda məşhur olan C.Behbudov karifey sənətkar Rəşid Behbudovun bacısı oğludur. O, 28 il əvvəl Azərbaycanı tərk edərək Ukraynada yaşayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: CəfərBehbudov  





Xəbər lenti