Borca görə axtarışda olan 11 nəfər saxlanılıb

  26 Sentyabr 2019    Oxunub : 762
Borca görə axtarışda olan 11 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyi ötən gün ölkə üzrə baş verən kriminal hadisələrin statistikasını açıqlayıb.
DİN-dən Azvision.az -a verilən məlumata görə, gün ərzində törədilən 24 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Cinayət   Kriminal   Xronika