Uşaqlara siqaret satanlara qarşı növbəti reyd

Uşaqlara siqaret satanlara qarşı növbəti reyd
  26 Sentyabr 2019    Oxunub:1614
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları şəhər ərazisində reyd keçirib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, nəticədə bir köşkdə satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktı aşkar edilib.

Həmin köşkün satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub. Bu istiqamətdə reydlər davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti