Ruhaniyə Nyu-Yorkda gəzmək qadağan edildi
“Fars” xəbər agentliyi isə yazır ki, Həsən Ruhani oteldə yer üçün də xüsusi icazə alıb.
İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi bütün bunları qanunsuzluq adlandırıb. O deyib ki, ABŞ belə addımları ilə bütün beynəlxalq qanunları tapdalayır.
Qeyd edək ki, Prezident Həsən Ruhani BMT-nin 74-cü sessiyası çərçivəsində bu gün Pakistanın Baş Naziri İmran Xan və Fransa Prezidenti Emmanuel Makron ilə görüşüb. (AzərTAc)
Azvision.az