Kapital Bank ənənəvi SIBOS sərgisində
“SIBOS 2019 konfransının proqramı mərkəzləşmiş, müasir rəqəmsal texnologiyalar, açıq bankçılıq, qlobal texnoloji trendlər, ödənişlər üçün ISO20022 standartları ilə əlaqəli mövzuları əhatə edir. Qlobal miqyasda maliyyə xidmətləri göstərən iri bankların professional mütəxəssisləri maliyyə sektorunda gündəmdə olan məsələlər, o cümlədən kiber təhlükəsizlik, ödəniş sistemlərinin və beynəlxalq ticarətin transformasiyası, birbaşa tənzimləmə və tövsiyyələrə əsaslanan tənzimləmə arasında tarazlığın saxlanılması və digər mövzular ətrafında çıxışlar edirlər.
Dünyanın müxtəlif ölkələrindən gələn bank nümayəndələri ilə təşkil olunan görüşlərdə biz də, Kapital Bank olaraq icra etdiyimiz layihələrimiz barədə məlumat verdik və müxtəlif əməkdaşlıq imkanlarını müzakirə etdik. Belə bir beynəlxalq əhəmiyyətli tədbirdə iştirak, qlobal maliyyə sahəsində baş verən dəyişikliklərə hazırlıq baxımından, bankımızın müasir texnoloji transformasiyalara daha çevik uyğunlaşmasına və strateji əhəmiyyətli rəqəmsal transformasiya layihəmizin uğurla icrasına töhfələr verəcəkdir.”, - deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.
Qeyd edək ki, SİBOS sərgisi ən böyük qlobal tədbir olaraq, SWIFT tərəfindən maliyyə sektoru üçün təşkil etdiyi illik konfrans, sərgi və əməkdaşlıq tədbiridir. Kapital Bank bu tədbirdə bir sıra beynəlxalq maliyyə institutları və fintech şirkətləri ilə ikitərəfli görüşlərin keçirəcəyini planlaşdırır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Azvision.az