Prezident rüşvətə görə ən yaxın adamını qovdu

Prezident rüşvətə görə ən yaxın adamını qovdu
  09 Dekabr 2013    Oxunub:1167
Ekspertlərin fikrincə, Kim Çen In “boz kardinal” kimi tanınan qohumunu işdən çıxartmaqla həm də atasının kadrlarından yaxasını qurtarıb
Şimali Koreyada prezident Kim Çen In bibisinin həyat yoldaşı və ölkədə böyük nüfuz sahibi olan Çan Son Txeki vəzifəsindən kənarlaşdırıb. AzVision.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rüşvət alması olub.

Yerli media Çan Son Txekin öz cinayətkar əməlləri ilə dövlətin imicinə zərər vurması ilə bağlı xəbər yayıb.

Hətta dövlət televiziyası Çan Son Txekin sənədli filmdən görüntülərini çıxarıb. Ekspertlər filmin əvvəlki yayımları ilə sonuncu arasında müqayisə apararkən vəziyyətin fərqinə varıb. Dövlət televiziyasının bu addımı rəsmi Seulun marağına səbəb olub.

Ekspertlərin sözlərinə görə, rəsmi Pxenyanın bu hərəkəti ölkədə stabilliyin pozulmasına gətirib çıxara bilər. Müxalif qüvvələrin bu fürsətdən istifadə edəcəyi ehtimalları isə yüksəkdir.

Çan Son Txek Şimali Koreyanın Dövlət Müdafiə Komitəsinin sədr müavini vəzifəsində çalışırdı. O, nüfuzuna görə, prezidentdən sonra ikinci ən yüksək rütbəli şəxs sayılırdı.


Teqlər:





Xəbər lenti