İraqda bomba hücumları - 30 ölü

İraqda bomba hücumları - 30 ölü
  09 Dekabr 2013    Oxunub:1074
İraqda silsilə bomba hücumları nəticəsində 30 nəfər həlak olub.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Bağdad şəhər polisinin bildirdiyinə görə, ticarət mərkəzində həyata keçirilən hücum 90-dan artıq insanın yaralanmasına səbəb olub.

Ən ağır hücum Bəyaa rayonunda olub ki, nəticədə 7 adam həlak olub, 14 nəfər xəsarət alıb. Sədr və Razvaniyə şəhərlərində də bomba hücumları həyata keçirilib.

Hücumların məsuliyyətini üzərinə alan olmayıb. Lakin son zamanlar sünni yaraqlılar təhlükəsizlik qüvvələri və şiə təriqətinin nümayəndələrini hədəf alır.


Teqlər:





Xəbər lenti