Goranboyun 6 kəndi qazsız qaldı

  21 Sentyabr 2019    Oxunub : 1123
Goranboyun 6 kəndi qazsız qaldı
Goranboy rayonunda telekommunikasiya xəttinin çəkilişi zamanı texnika ilə diametri 160 mm olan polietilen qaz xəttini qırıblar.
Bu barədə Azvision.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə, 6 kəndin (Xoylu, Qaradağlı, Şadlı, Nizami, Yolpaq və Şirinbəyli) 2 minə yaxın abonentinin qaz təchizatında fasilə yaranıb.

Azvision.az

Teqlər: Azəriqaz   Qaz