Arif Babayev müalicə üçün Türkiyəyə gedib

  20 Sentyabr 2019    Oxunub : 652
Arif Babayev müalicə üçün Türkiyəyə gedib
Xalq artisti Arif Babayev Türkiyənin İstanbul şəhərində müalicə olunur.
Azvision.az xəbər verir ki, bunu Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun təşkilatçılığı ilə keçirilən “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı dəyirmi masada çıxış edən deputat Çingiz Qənizadə deyib.

Deputat qeyd edib ki, Xalq artisti Arif Babayev xaricdə müalicə aldığı üçün bugünkü tədbirə qatılmayıb. Daha sonra Xalq artisti telefon bağlantısı vasitəsilə tədbirə qoşularaq öz fikirlərini bildirib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Arif-Babayev