PKK terrorçuları 4 türk hərbçini qaçırdıb

PKK terrorçuları 4 türk hərbçini qaçırdıb
  09 Dekabr 2013    Oxunub:985
Türkiyənin Diyarbəkir vilayətinin Lice rayonunda yolu bağlayan PKK terrorçuları 4 hərbçini qaçırdıblar.
AzVision.az "Sabah" qəzetinə istinadən məlumat verir ki, hadisə bu gün axşam saatlarında baş verib. Avtomobil yolunu bağlayan bir qrup PKK-çı saxladıqları şəxslərin sənədlərini yoxlayıb. Terrorçular saxladıqları avtomobillərdəki 2 çavuş və 2 giziri zərərsizləşdirə biliblər.

Sonra 3 avtomobili yandıran PKK terrorçuları hərbçiləri özləri ilə aparıblar.

Hərbçilərin xilas edilməsi üçün bölgəyə göndərilən jandarm qüvvələri artıq əməliyyata başlayıblar.


Teqlər:





Xəbər lenti