“Mənim üçün rəqibin fərqi yoxdur” - Mariya Stadnik (VİDEO)

 “Mənim üçün rəqibin fərqi yoxdur” -    Mariya Stadnik (VİDEO)
  18 Sentyabr 2019    Oxunub:4271
"Hamıya ikinci dünya çempionluğum adi görünə bilər. Ancaq bu medalı qazanana qədər böyük yol qət etmişəm. Medalı şəxsi məşqçim Andrey Stadnikə həsr edirəm. Bu medal onun xidmətinin nəticəsidir"
Azvision.az xəbər verir ki, bunu Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında sentyabrın 18-də qızıl medal qazanmaqla ikiqat dünya çempionu olan Azərbaycan güləşçisi Mariya Stadnik deyib



“Mənim üçün rəqibin fərqi yoxdur. Qazaxıstana qızıl medal üçün gəlmişdim. Hansısa rəqibin iştirak etməməsi anlayışı yoxdur. Güclü olmaq istəyirsənsə, ən güclüləri məğlub etməlisən. Çünki yalnız bu halda güclülərin güclüsü olursan. Hazırda medal kolleksiyamda əsas medal – Olimpiya qızılı çatmır. Qarşımdakı əsas hədəf Olimpiya Oyunlarının qızıl medalını qazanmaqdır. Olimpiadaya hələ bir il var. Bu müddət ərzində əzmlə çalışıb istəyimə nail olmağa çalışacağam”.

Azvision.az



Teqlər: Mariya-Stadnik   Güləş  





Xəbər lenti