Əfsanəvi “Beryozka” ansamblı Bakıya gəlir

Əfsanəvi “Beryozka” ansamblı Bakıya gəlir
  18 Sentyabr 2019    Oxunub:3217
Nadejda Nadejdinoy adına “Beryozka” Dövlət Akademik Xoreoqrafiya Ansamblı Heydər Əliyev Sarayında konsert verəcək.
Azvision.az Sarayın mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 11-də reallaşacaq konsertdə əfsanəvi ansambl tamaşaçılara fəaliyyətdə olduğu bütün illər ərzində ən unudulmaz rəqslərini təqdim edəcək.

Tamaşaçılar “Beryozka” ansamblının ifasında Nadejda Nadejdinoy və Mira Koltsovanın bənzərsiz və heyranedici şedevrlərindən böyük zövq alacaqlar.

Ansamblın bədii rəhbəri SSRİ Xalq artisti Mira Koltsova, ansamblın baş dirijoru Rusiyanın Xalq artisti Leonid Smirnovdur.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Azvision.az



Teqlər: Beryozka  





Xəbər lenti