BMT: Ukrayna partiyalarının liderləri dialoqa başlasın

BMT: Ukrayna partiyalarının liderləri dialoqa başlasın
  08 Dekabr 2013    Oxunub:980
BMT baş katibinin müavini: Ukrayna partiyalarının liderləri dialoqa başlamalıdır.
BMT baş katibinin siyasi məsələlər üzrə müavini Ceffri Feltman Ukrayna siyasi partiyaların liderlərini ölkə qarşısında duran siyasi və iqtisadi problemlərin həllini tapmağa və dərhal dialoqa başlamağa çağırıb. AzVision.az İTAR-TASS agentliyinə istinadən bu barədə məlumat verir.

Birləşmiş Millətlər Təşkilatının mətbuat xidmətindən verilən məlumata görə, BMT baş katibinin müavini dekabrın 7-də Ukraynaya üçgünlük səfəri zamanı hökumətin, parlamentin, siyasi partiyaların və vətəndaş cəmiyyətinin nümayəndələri ilə bir sıra görüşlər keçirib. Onlarla danışıqlar zamanı kütləvi etiraz aksiyalarına tutulmuş ölkədə yaranmış vəziyyətdən narahatlığını bildirib və baş katib Pan Gi Munun maksimum təmkinli olmaq barədə çağırışını onlara çatdırıb.

Səfər zamanı Feltman həmçinin Avropada təhlükəsizlik və əməkdaşlıq Təşkilatı /ATƏT / nazirlərinin 20-cı görüşündə iştirak edib.


Teqlər:





Xəbər lenti