Ukrayna Rusiyanı razı sala bildi

Ukrayna Rusiyanı razı sala bildi
  08 Dekabr 2013    Oxunub:1256
Ukrayna baş naziri Putinlə Yanukoviç arasında Gömrük İttifaqı ilə bağlı müzakirə aparılmadığını bildirib.
“Ukrayna-Rusiya əməkdaşlığının tam bərpa edilməsi üçün “yol xəritəsi” hazırdır”. AzVision.az `İtar-Tass`a istinadən xəbər verir ki, bunu Ukraynanın baş naziri Nikolay Azarov deyib.

Onun sözlərinə görə, hər iki ölkə arasındakı mübahisəli məqamlar artıq öz müsbət həllini tapıb. Son nöqtə isə Putinlə Yanukoviç tərəfindən qoyulacaq və qazla bağlı problem də o vaxt həll olunacaq.

Hökumət başçısı bildirib ki, Soçidə Ukraynanın Gömrük İttifaqına daxil olması məsələsi prezidentlər arasında keçirilən görüşdə müzakirə edilməyib.


Teqlər:





Xəbər lenti