Polşada güclü külək avtobusu çevirib

Polşada güclü külək avtobusu çevirib
  08 Dekabr 2013    Oxunub:1029
Polşada güclü külək avtobusu çevirib, 11 sərnişin yaralanıb.
Polşada güclü külək reys avtobusunu çevirib, 11 sərnişin xəsarət alıb. AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Avtobus sərnişinləri Polşanın cənubundan Varşavaya daşıyırmış. Güclü külək səbəbindən sürücü idarəetməni itirib və avtobus yan tərəfə aşaraq küvətə düşüb.

Qapılar bağlandığından, insanlar pəncərələrdən xilas edilib.

11 sərnişin yaralanıb və onların həyatı üçün təhlükə olmadığı bildirilir. Nəqliyyat gözləyən digər sərnişinlər yanğınsöndürmə stansiyasına yerləşdiriliblər. Yolun bu hissəsində hərəkət məhdudlaşdırılıb.

Qeyd edək ki, iki sutkadır Avropada "Ksavyer" qasırğası hökm sürür.


Teqlər:  





Xəbər lenti