Yaponiya parlamenti “Dövlət sirri haqqında” qanunu qəbul etdi

Yaponiya parlamenti “Dövlət sirri haqqında” qanunu qəbul etdi
  07 Dekabr 2013    Oxunub:2343
AzVision.az xəbər verir ki, Yaponiya parlamenti dekabrın 6-da gecə “Dövlət sirri haqqında” qanunu qəbul edib. Bu qanun hökumətə müəyyən rəsmi məlumatları xüsusi məxfi adlandırmaq səlahiyyəti verir. Qanun həmin məlumatın yayılmasında təqsirli bilinən şəxslərin ciddi cəzalandırılmasını nəzərdə tutur.

Hakim partiyadan olan deputatlar parlamentin yuxarı palatasındakı say üstünlüklərindən istifadə edərək, qanun layihəsi ətrafında debatların dayandırılmasını təklif edib və bundan sonra layihə səs çoxluğu ilə qəbul olunub.

Qanuna görə, xüsusi məxfi informasiyaya müdafiə, diplomatiya, əks-kəşfiyyat, həmçinin antiterror əməliyyatları barədə məlumatlar aid edilir. Belə informasiyaların yayılmasında təqsirli bilinən dövlət məmurlarını 10 ilədək həbs cəzası gözləyir.

Bəziləri, o cümlədən insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq qurumların təmsilçiləri bu fikirdədirlər ki, yeni qanun yapon liderlərinə insanların informasiya əldə etmək hüququnu pozmaq imkanı verəcək.


Teqlər:





Xəbər lenti