Avropa Birliyi Kiyevi saknsiyalarla hədələdi

Avropa Birliyi Kiyevi saknsiyalarla hədələdi
  07 Dekabr 2013    Oxunub:1197
Avropa Birliyi Kiyevdə mitinqi dağıdanları saknsiyalarla hədələdi.
Avropa Parlamentinin xarici işlər üzrə komitəsinin rəhbəsi Elmar Brok bəyan edib ki, noyabrın 30-da Kiyevdə aksiyanın dağıdılmasının günahkarları cəzalandırılmasa, insanların döyülməsinə görə məsuliyyət daşıyanların Avropa Birliyinin ərazisinə girişi qadağan ediləcək.

AzVision.az RİA “Novosti”yə istinadən xəbər verir ki, Viktor Yanukoviç günahkarları cəzalandırmalıdır: “Təcavüzkarlıq cəzalandırılmalıdır. Əgər onlar cəzalandırılmasalar, hüquq-mühafizə orqanlarına görə məsuliyyət daşyıyanlar Avropa Birliyi ərazisinə gəlmək imkanından məhrum olacaqlar”, - Elmar Brok Kiyevdəki mitinqdə bildirib.

Xatırladaq ki, noyabrın 30-da xüsusi təyinatlılar Kiyevdə Avropaya inteqrasiya tərəfdarlarının aksiyasını dağıdıblar. Bu hadisə geniş ictimai əks-səda doğurub.


Teqlər:





Xəbər lenti